Hövzə Xəbər Agentliyinin tərcümə qrupunun verdiyi məlumata görə, Livanın Cəfəri müftisi Şeyx Əhməd Qəbəlan açıq məktubla Cozef Auna müraciət edərək bildirib ki, milli maraqlara və onların aydın tarazlığına əsaslanaraq qeyd edir ki, Livan öz milli nizamnaməsinə və mənəvi dəyərlərinə sadiqdir. Livan Konstitusiyası ölkənin taleyüklü məsələlərini qoruyan milli prinsiplər və razılaşdırılmış əsaslardan ibarətdir. Bu sabit və əsaslı dəyərlərə zidd olan heç bir gücün əhəmiyyəti yoxdur və 17 aprel razılaşması bu həqiqətin praktiki nümunəsidir.
O əlavə edib ki, Livan təhlükə altında olan bir ölkədir və özünü müdafiə etmək, milli potensialını təmin etmək haqqına malikdir. Bu isə Vaşinqton və Təl-Əvivin istəmədiyi bir məsələdir. ABŞ regionda tam şəkildə İsrailin maraqlarına uyğun hərəkət edir. İsrail Beyrutu işğal etdiyi zaman Vaşinqton Livana çoxmillətli qüvvələr göndərmişdi və Livan yalnız müqavimət sayəsində, xüsusilə də Livan parlamentinin sədri Nəbih Berrinin rəhbərlik etdiyi 6 fevral qiyamı ilə özünü və ölkəsini geri qaytara bilmişdi.
Şeyx Qəbəlan vurğulayıb ki, bu gün vəziyyət daha ağırdır və ABŞ dünya və region böhranlarının əsas səbəbkarıdır. O, Fələstində İsrailin törətdiyi qırğınların, regional müharibələrin və “ərəb baharı” zamanı baş verən cinayətlərin birbaşa səbəbkarıdır. İranla aparılan yeni danışıqlar da göstərir ki, ABŞ mahiyyət etibarilə düşməndir.
Regiondakı bütün müharibələr Vaşinqton tərəfindən idarə olunur
Şeyx Qəbəlan bildirib ki, bu gün İsrailin bütün regional müharibələri Vaşinqton tərəfindən idarə olunur və bu, açıq həqiqətdir. İsrailin böyük planları əslində ABŞ-ın hərbi planlarıdır və əsas təhlükə də məhz buradadır. Mövcud müharibələrin və bu taleyüklü qarşıdurmanın məntiqi də bu reallıq üzərində qurulub.
O qeyd edib ki, hazırda ABŞ-ın Livan hökumətinə göstərdiyi təzyiqlərdən biri İsrail rejimi ilə birbaşa danışıqlara başlamaqdır. Halbuki Livanın gücü zəifləyib, hökumətin real təsir imkanları azalıb və bu vəziyyət ölkə üçün zəiflik və ağır itkilər deməkdir, eyni zamanda Benyamin Netanyahu bundan faydalanır.
Birbaşa danışıqlar, dövlətin zəifləməsi deməkdir
Şeyx Qəbəlan vurğulayıb ki, heç bir ağıllı və vətənpərvər insan bu vəziyyəti qəbul etməz. Burada məsələ niyyət deyil, əməl məsələsidir. Əməli reallıq göstərir ki, Livan dövləti təcavüzkar İsrail rejimi ilə birbaşa danışıqlara daxil olmaqla özünü zəiflətmiş olur.
O bildirib ki, müqavimət olmadan Livan dövlətinin nə gücü, nə mövqeyi, nə də çəkindirici potensialı qalır. Bu məsələ milli suverenlik, müqavilələr və ağır siyasi xərclərlə bağlıdır və parçalanma siyasətlərindən daha ciddi bir məsələdir.
Şeyx Qablan əlavə edib ki, İsrail mediasının aylar əvvəl iddia etdiyi kimi Hizbullah hərəkatının strateji tələyə düşməsi reallıqda baş verməyib, əksinə, müharibə göstərdi ki, İsrail özü strateji tələyə düşüb. Bu gün İsrail ordusu naməlum vəziyyətdədir, mövqeyini möhkəmləndirməkdə çətinlik çəkir və onun hərbi gücü, o cümlədən ağır silah arsenalı ciddi zərər görüb.
O vurğulayıb ki, bir müddət əvvəl sənə nəsihət etmişdim ki, əgər “Nəbiə Berri”nin ağlını və düşüncəsini itirsən, Livanı da itirərsən. Məsələ təkcə ad və şəxslə bağlı deyil, bu şəxsin gücü, mövqeyi və İsrailə qarşı nüfuz fayllarını idarə etmə bacarığı ilə bağlıdır. O, İsrailin təsirini məhdudlaşdırır və Amerikanın hökmranlığını azaldır. Onun məqsədi taxt-tac deyil, milli birlik və İslam və xristian ailəsinin birliyidir, həmçinin ölkənin qorunması və suverenliyinin təmin edilməsidir.
“Nəbiə Berri”nin məntiqi əslində belə xülasə olunur: Əgər rəsmi nümayəndə bir məzhəb və ya tayfa əsasında güc əldə edərsə, Livan da itirilə bilər. Kim milli əlaqələri nəzərə almadan taleyüklü məsələlərə daxil olarsa, öz rolunu itirər və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirə bilməz. Livan şəxsi razılaşmalara deyil, milli razılaşmalara sadiqdir. Prezident və ya rəsmi nümayəndə ölkəsinə siyasi qrup kimi yanaşarsa, mövqeyini itirər və dövrü sona çatar. “Nəbiə Berri” üçün ən önəmli məsələ daxili təhlükəsizliyin, məzhəblərin hüquqlarının, razılaşmaların və milli maraqların qorunmasıdır.
O əlavə edib ki, hazırkı hökumətin böhranı ondadır ki, ölkə və xalqla milli bir sistem kimi deyil, xarici proqramlara xidmət edən qruplaşma kimi davranır. Bu isə regionun ən təhlükəli terrorçu rejimi tərəfindən təhdid edilən milli maraqlara ziddir.
“Fələstin xalqının və Livan qırğınlarının üzərində qurulmuş rejimi tanımayacağıq”
Livanlı şiə ruhanisi prezidentə müraciət edərək deyib: Livan tarix və Allah qarşısında əmanətdir və bu əmanətin qorunması İsraillə birbaşa danışıqlardan keçmir. Biz ütün dünya qəbul belə, Fələstin xalqının və Livan qırğınlarının üzərində qurulmuş bu rejimi tanımırıq. Bu sözləri boş siyasi mövqe kimi deyil, müqavimətin göstərdiyi və göstərməkdə davam etdiyi gücün misilsiz dövlətçilik təcrübəsinə əsaslanaraq deyirəm. Müqavimət Livanın möhkəm qalxanı olaraq ordunun yanında dayanır, ordu isə əgər maneələr olmasa, ölkəni müdafiə etməyə hazırdır.
“Müqavimət bu müharibədə dövlətin zəifliyinə görə hərəkət edib”
Şeyx Qəbəlan bildirib ki, müqavimət bu müharibədə və bütün əvvəlki müharibələrdə xarici maraqlar üçün deyil, dövlətin Livanı müdafiə etməkdən geri çəkilməsi səbəbilə hərəkət edib, nə İsrailin gündəlik hücumlarına, nə cənub, Beyrut və Bəqaya edilən hava zərbələrinə, nə də ölkənin maraqlarını hədəf alan terror aktlarına ciddi reaksiya verilməyib. Buna görə Livanın müdafiəsi, şübhəli siyasi razılaşmaların qarşısının alınması və İsrailin hərbi gücünün zəiflədilməsi zəruri idi. Bu, müqavimətin bu müharibədə həyata keçirdiyi əsas xəttdir. Bəzi İsrail mediasının bunu “müqavimətin İsrail ordusuna qarşı intiqam müharibəsi” adlandırdığı da bildirilib.
O qeyd edib ki, hazırda İsrailin çəkindirici gücü ciddi şəkildə zəifləyib və bu, onun Vaşinqtona müraciət etməsinə səbəb olub. ABŞ isə Livan hökumətini İsrailin təhlükəsizlik maraqlarına uyğun addımlar atmağa yönəltməyə çalışır.
O vurğulayıb ki, bu sənədin əsas təhlükəsi ondan ibarətdir ki, Livan hakimiyyətini İsrailin “terrorçu ordusu” qarşısında silahsızlaşdırma prosesinə yönəldir və müqavimətin silahını əlindən almağı hədəfləyir. Halbuki müqavimət təxminən yarım əsrdir Livanın, dövlətin və suverenliyin müdafiəsi üçün mübarizə aparır. Bu sənədin ən böyük biabırçılığı isə odur ki, dəstəyi zəif dövlət hakimiyyətinə şamil edir, lakin Livanın güc mənbəyi və legitimliyinin əsası olan xalqı əhatə etmir.
“İsrail ilə birbaşa rusvayçı danışıqlar etməklə milli birlik mümkün deyil”
Şeyx Qəbəlan bəyan edib: Hazırkı an Livanın, xalqının və müstəqilliyinin müdafiəsi üçün milli birlik anıdır. Bu gün, bəzi zəif hakimiyyətlərin etdiyi kimi İsrail işğalı, təcavüzü və vəhşi dağıntılarına göz yummaq vaxtı deyil. İsraillə aparılan birbaşa rüsvayçı danışıqlarla milli birlik mümkün deyil və legitimlik yalnız İsraillə düşmənçilik mövqeyindədir, onunla birbaşa danışıqlarda deyil.
O əlavə edib ki, cənub, Dahiye, Bəqaa və digər milli qüvvələrin, yəni ölkənin təxminən üçdə ikisini təşkil edən insanların, prezidentdən bu ağır siyasi enişin və bu utancverici seçimlərin səbəbini soruşmaq haqqı var. Eyni zamanda, dövlət hakimiyyətinin Livan ordusunun milli və müqəddəs vəzifəsini yerinə yetirməsinə mane olması, diplomatiyanın zəifliyi və İsrail hücumları qarşısında ölkənin müdafiəsiz buraxılması ciddi səhvdir.
“İsraillə müharibə və onu sərhədlərdən çıxarmaq zəruridir”
Şeyx Qəbəlan bildirib ki, milli maraqların tələb etdiyi məqamda İsrail artıq əvvəlki hərbi üstünlüyünü itirdiyini etiraf edir və bu müharibədə məğlubiyyətlə üzləşdiyini açıq şəkildə göstərir. Bu səbəbdən prezidentdən milli təşəbbüs irəli sürməsi tələb olunur. Livanda razılaşma birliyi, xüsusilə sərhəd və suverenlik məsələlərində möhkəmləndirilməli, İsrail sərhəd bölgələrindən çıxarılmalı və Livan ordusu bütün sərhədlərdə real şəkildə yerləşdirilməlidir. Bu isə İsraillə birbaşa danışıqlardan dərhal imtina etməklə bağlıdır.
O sonda qeyd edək bildirib ki, prezident milli vəzifəsinə uyğun olaraq ölkəni müdafiə etməli, İsrail qarşısında ümumi səfərbərlik elan etməlidir. Çünki İsrail 1948-ci ildən bu yana Livana qarşı terrorçu müharibələr aparır. Milli vəzifə təcavüzü legitimləşdirmək deyil, ona qarşı müdafiədir. Prezidentdən gözlənilir ki, İsrail və onun siyasətinə cənub xalqının gözü, Nəbi Berri xətti, 6 fevral intifadası və ölkənin qurucu düşüncə sahiblərinin tarixi baxışı ilə yanaşsın.

Şeyx Əhməd Qəbəlan. Livan
Rəyiniz